Gəncədə yas mərasimində zəhərlənənlərin sayı 93 nəfərə çatıb - FOTO - YENİLƏNİB 3

Gəncədə yas mərasimində zəhərlənənlərin sayı 93 nəfərə çatıb - FOTO - YENİLƏNİB 3
Hadisə 199

Gəncədə yas mərasimində zəhərlənənlərin sayı yenə də artıb.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, xəstələrin bəziləri Göygöl rayon mərkəzi xəstəxanasına yerləşdirilib. Yas mərasimdə iştirak edən 93 nəfərin zəhərləndiyi qeyd olunur.

Baş verən hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri ilə müvafiq qurumların əməkdaşları tərəfindən araşdırmalara başlanılıb.

Agentliyin əməkdaşlarından ibarət mütəxəssis qrupu əraziyə ezam olunub. Hazırda müvafiq araşdırmalar aparılır. Araşdırmaların nəticələri barədə məlumat veriləcək.

***

Gəncədə yas mərasimində zəhərlənənlərin sayı artıb.

BAKU.WS report-a istinadən xəbər verir ki, mərasimin 75 iştirakçısı xəstəxanaya çatdırılıb.

Zərərçəkənlərə tibbi yardım göstərilir, onların əksəriyyətinin vəziyyəti kafi və qənaətbəxş hesab edilir.

Faktla bağlı araşdırma davam etdirilir.

*** 19:02

Gəncə şəhərində kütləvi zəhərlənmə faktı qeydə alınıb.

BAKU.WS report-a istinadən xəbər verir ki, şəhərdə keçirilən yas mərasimlərin birində 40-dan çox qonaq zəhərlənib.

Zərərçəkənlər xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər