Zaqatalada dönərdən zəhərlənənlərin sayı 40-a çatıb - YENİLƏNİB-5
Zaqatalada dönərdən zəhərlənənlərin sayı 40 nəfərə çatıb.
"Report"un Şimal-qərb bütosunun məlumatına görə, axşam saatlarından başlayaraq toyuq dönəridən zəhərlənərək Zaqatala RMX-nın Təcili Yardım Şöbəsinə müraciət edənlərin sayı 40-a çatıb.
Zəhərlənmə əlamətləri ilə müraciətlər davam etməkdədir.
***07.-05.2024
Zaqatalada dönərdən zəhərlənənlərin sayı artıb.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, axşam saatlarından başlayaraq toyuq dönəridən zəhərlənərək Zaqatala Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə müraciət edənlərin sayı 30-a çatıb.
Zəhərlənmə əlamətləri ilə müraciətlər davam edir.
***22:35
Azərbaycanda dönərdən kütləvi zəhərlənmə faktı ilə bağlı araşdırmalara başlanılıb.
Bu barədəAzərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.
“Baş verən hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı AQTA-nın mütəxəssisləri ilə müvafiq qurumların əməkdaşları tərəfindən araşdırmalara başlanılıb. Araşdırmaların nəticələri ilə bağlı ictimaiyyətə məlumat veriləcək”, - deyə məlumatda qeyd edilib.
***21:44
Zaqatalada dönərdən zəhərlənənlərin sayı 15-ə çatıb.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, zəhərlənən şəxslər Zaqatala Rayon Mərkəzi Xəstəxanasına daxil olublar.
Müraciət edənlərdən laborator müayinələr üçün müvafiq nümunələr götürülüb.
Daxil olan 15 nəfərdən beşi azyaşlıdır.
***20:53
Zaqatalada dönərdən zəhərlənənlərin sayı 10-u keçib.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, zəhərlənənlərin hamısının toyuq ətindən hazırlanmış dönər yediyi məlum olub.
Zəhərlənənlər arasında tələbələr də var.
Qeyd olunub ki, Azərbaycan Müəllimlər İnstitutunun Zaqatala filialınında iki tələbəsinin də toyuq ətindən hazırlanmış dönərdən zəhərlənərək Zaqatala Rayon Mərkəzi Xəstəxanasına müraciət ediblər.
Əldə olunan məlumata görə, zəhərlənən şəxslər Zaqatala şəhərinin müxtəlif dönərxanalarında hazırlanmış dönərlərdən istifadə ediblər.
Faktla bağlı müvafiq qurumlar tərəfindən araşdırmalara başlanılıb.
***18:44
Zaqatalada ana və iki övladı dönərdən zəhərlənib.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, axşam saatlarında rayonun Mosul kənd sakini, 1987-ci il təvəllüdlü Aynur Məmmədova və onun iki övladı - 2009-cu il təvəllüdlü Ravil Məmmədov və 2012-ci il təvəllüdlü Ruslan Məmmədov zəhərlənmə əlamətləri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına (RMX) müraciət ediblər.
Müayinə və aparılan araşdırma zamanı ana və iki övladının dönər yedikdən sonra səhhətlərində narahatlıq yarandığı məlum olub.
Hazırda Zaqatala RMX-da onlara tibbi yardım göstərilir.
Oxşar xəbərlər
Bakıda dönərdən zəhərlənən 20 şagirdin adı məlum oldu - YENİLƏNİB
Oktyabrın 24-də Bakının Binə qəsəbəsində 88, 117, 121 və 149 nömrəli tam orta məktəblərin dönərdən zəhərlənən 20 şagirdinin adı məlum olub. “Report” xəbər verir...