Şəmkirdə dönərdən zəhərlənmə ehtimalı ilə bağlı araşdırmalara başlanılıb

Şəmkirdə dönərdən zəhərlənmə ehtimalı ilə bağlı araşdırmalara başlanılıb
Hadisə 41

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Şəmkirdə qida zəhərlənməsi şübhəsi ilə bağlı yayılan iddialara münasibət bildirib.

BAKU.WS-in məlumatına görə, AQTA-dan "report"un sorğusuna cavab olaraq bildirilib ki, baş verən hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı Agentliyinin mütəxəssisləri ilə müvafiq qurumların əməkdaşları tərəfindən araşdırmalara başlanılıb.

Qeyd olunub ki, araşdırmaların nəticələri ilə bağlı ictimaiyyətə məlumat veriləcək.

Xatırladaq ki, Şəmkirdə 4 nəfərin vəziyyəti pisləşib, onların dönərdən zəhərlənməsi ehtimal olunur.

Oxşar xəbərlər

Bakıda dönərdən kütləvi zəhərlənmə baş verib - YENİLƏNİB

Bakıda dönərdən kütləvi zəhərlənmə baş verib - YENİLƏNİB

Bakıda dönərdən kütləvi zəhərlənmə baş verib. Kliniki Tibbi Mərkəzin İctimaiyyətlə əlaqələr bölməsinin müdiri Elnur Hidayətoğlu "Report"a açıqlamasında bildirib...

743 Hadisə 10:19 13 dekabr 2021

Son xəbərlər