Gəncədə hündürlükdən yıxılan şəhid qardaşının vəziyyəti ağırdır - YENİLƏNİB
Yeniliklərdən dərhal xəbərdar olun
Vətən müharibəsi şəhidinin qardaşı ölməyib.
Gəncədə Vətən müharibəsi şəhidi Bəhruz İsgəndərovun qardaşı Pərviz İsgəndərovun yaşadığı evin darvazasında hündürlükdə olan bayrağı dəyişərkən yıxılaraq ölməsi ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir. Bu barədə BAKU.WS-in yerli bürosuna Pərviz İsgənrovun atası Abbas İsgədərov məlumat verib
"Oğlum özəl xəstəxanalardan birindədir. Əməliyyat edilib və hazırda vəziyyəti keçirdiyi əməliyyata uyğundur. Təkrar edirəm oğlum sağdır ölməyib" - deyə A.İsgəndərov bildirib
***18:46
Gəncədə bədbəxt hadisə qeydə alınıb.
BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, 38 yaşlı Pərviz İsgəndərov yaşadığı evin darvazasında hündürlükdə olan bayrağı dəyişərkən yıxılıb. O, dərhal xəstəxanaya aparılıb. Həkimlərin səyinə baxmayaraq P. İsgəndərov xəstəxanada dünyasını dəyişib.
Qeyd edək ki, Pərviz İsgəndərov Vətən müharibəsinin şəhidi Bəhruz İsgəndərovun qardaşıdır.
Oxşar xəbərlər
Əli bıçaqlı arvadı ilə yataq otağına girdi: "Yalvarışıma baxmadı..." - Bakıda CİNAYƏT
Bakının Sabunçu rayonunda 1977-ci il təvəllüdlü Abbas qısqanclıq zəminində arvadı Fərqanəni öldürməyə cəhd edib. BAKU.WS “teleqraf.com”a istinadən xəbər verir k...