Gəncədə avtomobil piyadanı vuraraq öldürüb

Gəncədə avtomobil piyadanı vuraraq öldürüb
Hadisə 7

Gəncə şəhərində piyadanın ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi olub.

BAKU.WS “Report”a istinadən xəbər verir ki, yolu qarşı tərəfə keçmək istəyən 1970-ci il təvəllüdlü Cəlil Cənnətovu minik avtomobili vurub.

C.Cənnətov aldığı ağır xəsarətlərdən dünyasını dəyişib.

Hadisəni törətməkdə şübhəli bilinən sürücü saxlanılıb.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər