Gəncədə 50 yaşlı qadın intihar etdi

Gəncədə 50 yaşlı qadın intihar etdi
Hadisə 68

Gəncədə intihar hadisəsi baş verib.

BAKU.WS APA-ya istinadla xəbər verir ki, hadisə şəhərin “AQTA 6” adlanan yaşayış massivində qeydə alınıb.

Sözügedən ərazidə yaşayan 1972-ci il təvəllüdlü A.Məhərrəmova yaşadığı evdə özünü asıb. Onun meyiti yaxınları tərəfindən asılmış vəziyyətdə tapılıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Qadının meyiti müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Gəncə şəhər şöbəsinə verilib.

Məlumata görə, 50 yaşlı qadın əsəb xəstəliyindən əziyyət çəkirmiş.

Faktla bağlı araşdırma aparılır.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər