Azərbaycanda kişi meşədə asılmış vəziyyətdə tapılıb
Astara sakini meşədə asılmış vəziyyətdə tapılıb.
BAKU.WS “Report”a istinadən xəbər verir ki, rayonun Maşğan kənd sakini, 1965-ci il təvəllüdlü Qasımov Natiq Mirzəhəsən oğlunun meyiti yaxınlıqdakı meşə massivində tapılıb. Hadisədən kənd sakinlərindən biri xəbər tutaraq, onun ailəsinə məlumat verib.
Məlumata görə, N.Qasımovun ruhi-əsəb xəstəliyi olub. Yaxınlarının dediyinə görə, o, bir müddət əvvəl müalicə olunsa da, müalicəsini yarımçıq saxlayıb.
Onun meyiti müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran Şöbəsinə təhvil verilib.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
Oxşar xəbərlər
Azərbaycanlı kriminal ünsürlərin qanlı razborkası – Dəhşətli cinayətlər
İyulun 31-də Hacıqabul rayonunda ölkəni şoka salan cinayət hadisəsi baş verdi. BAKU.WS teleqraf.com-a istinadən bildirir ki, həmin gün saat 06 radələrində Hacı...