Gəncə hadisələrində qətlə yetirilən polislər anılıb

Gəncə hadisələrində qətlə yetirilən polislər anılıb
Foto
Hadisə 631
Gəncə hadisələrində qətlə yetirilən polis əməkdaşları il dönümündə yad edilib.BAKU.WS-in bölgə muxbirinin verdiyi məlumata görə, anım mərasiminə Daxili İşlər Nazirliyinin rəsmiləri, Gəncə şəhər Baş Polis İdarəsinin rəhbərliyi, Gəncə şəhər İcra Hakimiyyəti başçısı, dünyasını dəyişən şəxslərin yaxınları iştirak edib.Anım mərasimində hər iki polisin yaxınlarına, xüsusi ilə övladlarına baş sağlığı verilib.Daha sonra ehsan süfrəsi açılıb.Bildirək ki, polis polkovniki İlqar Balakişiyev və polis polkovnik-leytenantı Səməd Abbasov 1 il bundan öncə şəhərin mərkəzi meydanında bir qrup şəxslər tərəfindən hazırlanan ixtişaşın qarşısını alarkən hücuma məruz qalaraq qətlə yetiriliblər.

Oxşar xəbərlər

56 yaşlı kişi özünü asdı

56 yaşlı kişi özünü asdı

Gəncə sakini yaşadığı evdə özünü asdı.BAKU.WS bölgə muxbirinin verdiyi məlumata görə, hadisə şəhərin Ordubadi küçəsi 170 ünvanında qeydə alınıb.56 yaşlı şəhər s...

663 Hadisə 13:15 19 iyun 2019

Son xəbərlər