Nazir şəhid polisin yerinə yeni rəis müavini təyin etdi

05
fev
2019
16:02
Daxili işlər naziri Ramil Usubov daha bir kadr təyinatı həyata keçirib.“Qafqazinfo”nun verdiyi xəbərə görə, Binəqədi Rayon Polis İdarəsinin rəis müavini, polis polkovniki Oktay Süleymanlı vəzifəsindən azad olunub. O.Süleymanlı Gəncə Şəhər Baş Polis İdarəsinin rəis müavini təyin edilib. Polkovnik bu gün şəxsi heyətə təqdim olunub.Bu post ötən ilin iyul ayından sonra boş qalıb. Ondan öncə isə bu vəzifədə “Gəncə hadisələri” zamanı şəhid olan İlqar Balakişiyev xidmət aparırdı.BAKU.WS

Oxşar xəbərlər
Ramil Usubov Nəsimi rayonuna yeni rəis təyin etdi
Daxili işlər naziri, general-polkovnik Ramil Usubov daha bir rəislə bağlı əmr imzalayıb.BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki, nazirin əmri ilə Şəki Ra...