Gədəbəydə tuneldə qumbara aşkarlanıb

Gədəbəydə tuneldə qumbara aşkarlanıb
Hadisə 57

Ədliyyə Nazirliyi Penitensiar xidmətin əməliyyat aparatının Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birgə keçirdiyi əməliyyat-axtarış tədbiri nəticəsində İmamquliyev Nurlan Kamil oğluna məxsus 1 ədəd “RQM-D” markalı əl qumbarası və 1 ədəd “DVM” markalı partladıcı Gədəbəy şəhəri, X.Haqverdiyev küçəsində köhnə tunelin içərisində aşkar edilərək götürülüb.

BAKU.WS xəbər verir ki, bu barədə Penitensiar xidmətdən bildirilib.

Faktla bağlı araşdırma aparılır.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər