Gədəbəydə Niva aşıb, sürücü ağır xəsarət alıb
23
avq
2026
11:00
Gədəbəydə ağır yol-nəqliyyat hadisəsi baş verib.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə Gədəbəy-Şəmkir yolunun rayonun ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, hərəkətdə olan "NİVA" markalı minik maşını idarəetmədən çıxıb. Nəticədə minik maşını yolun kənarına aşıb.
Qəza zamanı sürücü 2003-cü il təvəllüdlü İ.Məmmədov xəsarət alıb.
Xəsarət alan sürücü xəstəxanaya yerləşdirilib, onun vəziyyətinin ağır olduğu bildirilir.
Hadisə yerinə polis əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Azərbaycanda ildırım yaşayış binasına düşdü
Tovuz rayonunun Dondar Quşçu kəndində yaşayış evində yanğın baş verib. BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, yanğın Kəmalə Qasımovaya məxsus ikimərtəbəli...