Gədəbəydə dağlıq ərazidə yanğın olub
02
sen
2025
17:56
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Gədəbəy rayonunun Qarıkənd kəndində dağlıq ərazidə yanğın olub.
Bu barədə BAKU.WS-ə Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, Dövlət Yanğından Mühafizə Xidməti Gədəbəy rayon yanğından mühafizə hissəsinin qüvvələri əraziyə cəlb olunub. Relyefin mürəkkəbliyinə baxmayaraq, yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində 1.5 ha sahədə quru ot və kol-kos yanıb. Ətraf ərazilər, o cümlədən yaxınlıqdakı ağaclar yanğından mühafizə olunub.
Oxşar xəbərlər
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll edilib
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll edilib. BAKU.WS-in qurumdan əldə etdiyi məlumata görə, həmin ünvanda yağış suyu barmaqlığı qısa müddətdə...