Gecə saatlarında Bakıda idarəetmədən çıxan avtomobil Qış parkına girib
Gecə saatlarında Bakının mərkəzində yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az Baku TV-yə istinadən xəbər verir ki, hadisə Mirzəağa Əliyev küçəsində qeydə alınıb.
Belə ki, sürücü "Chevrolet" markalı, 77-LD-248 dövlət nömrə nişanlı avtomobilə idarəetməni itirib və nəqliyyat vasitəsi yol kənarındakı dəmir maneələri aşaraq Qış parkına girib.
Hadisə zamanı avtomobilə və yol təsərrüfatına ciddi maddi ziyan dəyib. Xəsarət alanlar barədə məlumat yoxdur.
Qəza yerinə Fövqəladə Hallar Nazirliyinin, Təcili Tibbi Yardım Xidmətinin və DYP əməkdaşları cəlb olunublar.
Hadisə yerindən görüntüləri təqdim edirik:
Oxşar xəbərlər
Qubada ər-arvadın ölümü ilə bağlı cinayət işi başlanılıb
Qubada ər-arvadın ölməsi faktı ilə bağlı cinayət işi başlanıb. Bu barədə BAKU.WS-ə Quba rayon Prokurorluğundan məlumat verilib. Bildirilib ki, martın 18-də Quba...