Gecə klubunda sabiq deputat məşhur DJ-i döydü (VİDEO)
13
fev
2018
14:06
DJ Smash kimi tanınan rusiyalı musiqiçi Andrey Şirman Perm şəhərində gecə klublarının birində döyülüb. BAKU.WS-in məlumatına görə, musiqiçiyə yerli qanunvericilik şurasının keçmiş deputatı, döyüş sənətləri üzrə idman ustası Aleksandr Telepnev ağır xəsarətlər yetirib. DJ Smash-in sözlərinə əsasən, barda ona bir nəfər yaxınlaşaraq şəkil çəkdirmək istədiyini bildirib. Razılıq almadıqda, içkili vəziyyətdə olan eks-deputat DJ gicgahından zərbə vuraraq onu yerə yıxıb. Sonra musiqiçini ayaqla döyməyə başlayıblar. Məlumata görə, DJ-yi döyən şəxs Rusiyanın sabiq millət vəkili Aleksandr Telepnevdir. Faktla bağlı cinayət işi başlanılıb. İmanBAKU.WS
Oxşar xəbərlər
Rusiyada öldürülən azərbaycanlı tələbə Bakıda dəfn olunub
Rusiyanın Perm şəhərində döyülərək öldürülən azərbaycanlı tələbə Bakıya gətirilərək dəfn olunub.BAKU.WS-in məlumatına görə, Permdəki Azərbaycan diasporunun sədr...