G20-nin zirvəsinə məktub aparanlar saxlanıldı
Türkiyənin Antalya şəhərində "Böyük iyirmilik” (G20) ölkələrinin liderlərinin sammitinə məktub aparan şəxslər saxlanılıb.
BAKU.WS-in məlumatına görə, tələb və tənqidlərin yazıldığı məktub götürmək üçün şəhər mərkəzindən yola çıxan "Halkevleri və Öyrenci Kolektifi"nin 4 üzvü saxlanılıb.
Qeyd edək ki, bu gün Türkiyənin Antalya şəhərində "Böyük iyirmilik” (G20) ölkələrinin liderlərinin sammiti öz işinə başlayır. İki gün davam edəcək sammitin gündəliyinə qlobal iqtisadi məsələlər, terrorla mübarizə, qaçqınlara yardım və miqrasiya problemləri kimi məsələlər daxil edilib.
Sammitin yekun kommünikesi daxilində terrorla mübarizə məsələsinə dair xüsusi bəyanatın qəbul ediləcəyi, həmçinin qaçqınlara yardım və miqrasiya problemi ilə bağlı müəyyən qərarların razılaşdırılması gözlənilir.
Şahin Həbibov
BAKU.WS
Oxşar xəbərlər
Obama Antalyada, G20 sammiti başlayır (FOTO)
ABŞ prezidenti Barak Obama "Böyük İyirmiliyin” (G20) sammitinə qatılmaq üçün Antalyaya gəlib. BAKU.WS-in məlumatına görə, Antalya havalımanında Obamanı Türkiyə...