Füzulidə beynəlxalq minatəmizləmə şirkətinin əməkdaşını ilan sancıb
Yeniliklərdən dərhal xəbərdar olun
İyunun 22-də Minatəmizləmə Agentliyi ilə (ANAMA) əməkdaşlıq edən RPS Energy Ltd. şirkətinin nümayəndəsini Füzuli rayonunda xidməti vəzifəsini yerinə yetirərkən ilan sancıb.
Bu barədə BAKU.WS-ə ANAMA-nın Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, nəticədə nümayəndəyə ANAMA-nın tibbi yardım heyəti tərəfindən ilkin yardımla yanaşı, ilan sancması zamanı zəruri olan bütün müvafiq səylər göstərilib: "Həkimlərin peşakarlığı sayəsində zərərçəkmişin vəziyyəti operativ şəkildə təhlil olunub və ilk yardım dəstində mövcud olan ilan əleyhinə zərdab vurulub. Zəruri müayinələrdən keçirilməsi üçün nümayəndə xəstəxanaya göndərilib. Vəziyyəti qənaətbəxşdir".
Oxşar xəbərlər
Xızıda həyətə ilanlar girdi, ev sahibini sancdı
Xızı rayonunda sakini ilan sancıb. BAKU.WS "Report"a istinadən xəbər verir ki, hadisə Giləzi qəsəbəsində qeydə alınıb. İlan 1985-ci il təvəllüdlü Afiq Şahid oğl...