FHN Zaqatala dağlarında itkin düşən hindistanlı turistlə bağlı məlumat yaydı - FOTO/VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Fövqəladə Hallar Nazirliyi (FHN) Zaqatalada itkin düşən hindistanlı turistin axtarışı barədə məlumat yayıb.
Nazirlikdən BAKU.WS-ə verilən məlumata görə, 13 may 2022-ci il tarixində Zaqatala rayonu ərazisində itkin düşmüş Hindistan Respublikasının vətəndaşı, 1993-cü il təvəllüdlü Manikanth Kondaveetinin axtarışları davam etdirilir.
Hazırda vətəndaşın itkin düşdüyü ehtimal olunan marşrut üzrə mürəkkəb relyefli dağlıq-meşəlik ərazilərdə bir neçə istiqamətdə axtarış-xilasetmə tədbirləri Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə qoşunları və Şimal-qərb Regional Mərkəzinin, Daxili İşlər Nazirliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin qüvvələri və yerli əhali tərəfindən həyata keçirilir.
Qalereya
Oxşar xəbərlər
Tapan şəxsə 10 min AZN pul vəd olunan əcnəbinin axtarışlarına 3 nazirliyin işçiləri cəlb olunub
"İtkin düşmüş əcnəbinin axtarış-xilasetmə işləri davam etdirilir". Bu barədə BAKU.WS-ə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib....