Tapan şəxsə 10 min AZN pul vəd olunan əcnəbinin axtarışlarına 3 nazirliyin işçiləri cəlb olunub

Tapan şəxsə 10 min AZN pul vəd olunan əcnəbinin axtarışlarına 3 nazirliyin işçiləri cəlb olunub
Hadisə 668

"İtkin düşmüş əcnəbinin axtarış-xilasetmə işləri davam etdirilir".

Bu barədə BAKU.WS-ə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, FHN-in "112" qaynar telefon xəttinə mayın 13-də Zaqatala rayonu ərazisində Hindistan vətəndaşı, 1993-cü il təvəllüdlü Manikanth Kondaveetinin itkin düşməsi barədə məlumat daxil olub. M.Kondaveetinin itkin düşməsi ilə əlaqədar FHN-in və digər aidiyyəti dövlət qurumları tərəfindən axtarış-xilasetmə tədbirləri təşkil olunub.

Hazırda vətəndaşın itkin düşdüyü ehtimal olunan marşrut üzrə (mürəkkəb relyefli dağlıq-meşəlik ərazilərdə) FHN-in Şimal-qərb Regional Mərkəzinin xilasetmə qüvvələri, həmçinin Daxili İşlər Nazirliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları cəlb olunmaqla axtarış-xilasetmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Azərbaycanda bu şəxsi tapana 10 000 AZN veriləcək - FOTO/VİDEO

Azərbaycanda bu şəxsi tapana 10 000 AZN veriləcək - FOTO/VİDEO

Zaqatala rayonunda itkin düşən Hindistan vətəndaşının tapılması üçün mükafat təyin olunub. BAKU.WS-in APA-ya istinadla xəbərinə görə, bunu ötən ay Zaqatalada it...

20669 Hadisə 15:17 02 iyun 2022

Son xəbərlər