FHN xilasetmə görüntüləri yayıb - VİDEO

25
yan
2024
12:39
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Xətai rayonunda 1 nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
FHN-in Mətbuat xidmətindən verilən məlumata görə, məlumatla əlaqədar FHN-nin Bakı Regional Mərkəzinin xilasediciləri çağırış üzrə cəlb olunub.
Xilasedicilər alpinist ləvazimatlarının köməyi ilə doqquzmərtəbəli yaşayış binasının 7-ci mərtəbəsində yerləşən mənzilə eyvandan daxil olaraq 1934-cü il təvəllüdlü G.Cabbarovanı xilas ediblər.
Oxşar xəbərlər
Bakıda köməksiz vəziyyətdə qalan ahıl kişi xilas edilib - VİDEO
Bakıda beşmərtəbəli yaşayış binasında köməksiz vəziyyətdə qalan ahıl kişi xilas edilib. Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki,...