Axşam saatlarında Bakıda bağlı qapı arxasında köməksiz qalan uşaq xilas edildi - VİDEO

Axşam saatlarında Bakıda bağlı qapı arxasında köməksiz qalan uşaq xilas edildi - VİDEO
Video
Hadisə 7

Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə Bakı şəhərinin Xətai rayonunda 1 nəfər uşağın mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Bu barədə BAKU.WS-ə FHN-in mətbuat xidmətindən bildirilib.

Bildirilib ki, məlumatla əlaqədar FHN-in Bakı Regional Mərkəzinin xilasediciləri dərhal çağırış üzrə cəlb olunub.

Xilasedicilər alpinist ləvazimatlarının köməyi ilə onyeddimərtəbəli yaşayış binasının 14-cü mərtəbəsində yerləşən mənzilə eyvandan daxil olaraq nəzarətsiz qalmış uşağı xilas ediblər.

Son xəbərlər