Bakıda köməksiz vəziyyətdə qalan ahıl kişi xilas edilib - VİDEO

Bakıda köməksiz vəziyyətdə qalan ahıl kişi xilas edilib - VİDEO
Video
Hadisə 3

Bakıda beşmərtəbəli yaşayış binasında köməksiz vəziyyətdə qalan ahıl kişi xilas edilib.

Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, “112” qaynar telefon xəttinə Bakı şəhərinin Səbail rayonunda bir nəfərin evdə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış üzrə cəlb olunub.

Xilasedicilər alpinist ləvazimatlarının köməyi ilə beşmərtəbəli yaşayış binasının üçüncü mərtəbəsində yerləşən mənzilə eyvandan daxil olaraq 1933-cü il təvəllüdlü S.Əliyevi xilas ediblər.

Son xəbərlər