FHN qüvvələri Türkiyədə ötən sutkada yanğın olan əraziyə 130 tondan su töküb - VİDEO/ FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, hazırda Türkiyə Respublikasında olan Azərbaycan Fövqəladə Hallar Nazirliyinin müvafiq yanğın-xilasetmə qüvvələri meşə yanğınları ilə mübarizə tədbirlərini uğurla davam etdirirlər.
BAKU.WS FHN-in saytına istinadən xəbər verir ki, ötən sutka ərzində FHN-in qüvvələri qardaş Türkiyənin Köycegiz bölgəsinin Otmanlar rayonunda, Məntəşə bölgəsinin Yılanlı və Burdur bölgəsinin Bucak rayonunda soyutma tədbirləri həyata keçirilib. Tüstülənmə qeyd olunan yerlərdə yanğının baş verməsinin qarşısı alınıb.
Eyni zamanda, FHN-in qüvvələri tərəfindən Milas bölgəsindəki Yeniköy və Kemerköy istilik elektrik stansiyalarının sutkalıq fasiləsiz mühafizəsi də davam etdirilib.
Bundan başqa, soyutma tədbirlərinə cəlb edilən FHN-ə məxsus "BE-200ÇS" tipli amfibiya təyyarəsi ötən sutka ərzində Burdur istiqamətində 7 dəfə uçuş həyata keçirməklə 63 ton, helikopter isə Köycegiz istiqamətində 28 dəfə uçuş həyata keçirməklə 70 ton su töküb.
Əməliyyatların mürəkkəb relyefli dağlıq ərazilərdə həyata keçirilməsinə baxmayaraq, bir sıra istiqamətlərdə təcili və təxirəsalınmaz tədbirlər çərçivəsində əməliyyatlar gecə saatlarında da davam etdirilib. FHN-in yanğın-xilasetmə qüvvələri Türkiyəli yanğınsöndürənlərlə birgə koordinasiyalı şəkildə fəaliyyət göstərirlər.
Qalereya
Oxşar xəbərlər
Etibar Mirzəyev: “Yanğınlar söndürüldükdən sonra Azərbaycana qürur hissi ilə qayıdacağıq” – VİDEO
FHN-in Türkiyədəki qüvvələrinə rəhbərlik edən fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev mətbuat konfransı keçirib. Bu barədə Fövqəlad...