FHN maye-qaz yanacaqdoldurma məntəqəsində nöqsanlar aşkarladı - FOTO/VİDEO

FHN maye-qaz yanacaqdoldurma məntəqəsində nöqsanlar aşkarladı - FOTO/VİDEO
Foto Video
Hadisə 34

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətlərinə uyğun olaraq, ölkədə yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir.

FHN-dən BAKU.WS-ə verilən məlumata görə, Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Goranboy rayonu, Səfikürd kəndində yerləşən Vəliyeva Dilarə Cəmil qızına məxsus maye-qaz yanacaqdoldurma məntəqəsində yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib.

Belə ki:

- obyektin istismarı Dövlət Yanğın Nəzarəti Xidməti ilə razılaşdırılmayıb;

- ərazi kol-kosdan və məişət tullantılarından təmizlənməyib;

- ərazidə yanğın təhlükəsizliyinə dair xəbərdaredici lövhələr quraşdırılmayıb;

- elektrik təsərrüfatı “Elektrik Qurğularının Quraşdırılması Qaydaları”nın tələblərinə uyğun quraşdırılmayıb;

- obyekt normalara uyğun olaraq ilkin yanğınsöndürmə vasitələri ilə təmin olunmayıb;

- obyekt icbari qaydada sığortalanmayıb.

Beləliklə, mövcud vəziyyət onu göstərir ki, obyektin istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə biləcək yanğın qısa müddətdə genişlənərək faciəni qaçılmaz edəcək.

Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının pozulması səbəbindən baş verə biləcək yanğın hadisələrindən insanların həyatının və sağlamlığının, dövlətin əmlak maraqlarının, milli sərvətin, ətraf mühitin, bütün mülkiyyət növlərinin qorunması məqsədilə, “Yanğın təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinin 9-cu bəndini, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 28-ci maddəsini, eləcə də “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti haqqında Əsasnamə”nin 9.7-ci bəndinin tələblərini rəhbər tutaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin pozulması faktları aşkar edilmiş Goranboy rayonu, Səfikürd kəndində yerləşən Vəliyeva Dilarə Cəmil qızına məxsus maye-qaz yanacaqdoldurma məntəqəsində saxlanılan maye-qaz yanacağı təhlükəsizlik qaydalarına uyğun şəkildə çıxarılıb kənarlaşdırılmaqla işlərin görülməsinin dayandırılması barədə qərar qəbul edilib.

Son xəbərlər