FHN-dən Gəncədə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı AÇIQLAMA - YENİLƏNİB + FOTO

Gəncədə yağışlı havada ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı açıqlama verilib.
Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bildirilib ki, nazirliyin “112” qaynar telefon xəttinə Gəncə şəhərində yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.
Məlumatla əlaqədar FHN-nin Gəncə Regional Mərkəzinin xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.
Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Toyota” və “Khazar” markalı 2 minik avtomobili toqquşub, bir nəfər minik avtomobilində sıxılmış vəziyyətdə qalıb.
Həyata keçirilən tədbirlər nəticəsində bir nəfərin meyiti nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
22:19Gəncədə yağışlı hava ölümlə nəticələnən yol-nəqliyyat hadisəsinə səbəb olub.
APA-nın məlumatına görə, hadisə Gəncə Şəmkir yolunun 1 kilometrində qeydə alınıb.
Hərəkətdə olan “Prado” ilə VAZ markalı minik maşını toqquşub. Qəza zamanı 1 nəfər ölüb. Hadisə yerinə polis əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.





Oxşar xəbərlər
Saray-Novxanı yolunda ağır qəza: Minik və yük avtomobilləri toqquşdular - YENİLƏNİB
Saray qəsəbəsində minik və yük avtomobilləri toqquşub, ölən var. Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Bildirilib ki, “112” qaynar telefon xəttinə...
