Saray-Novxanı yolunda ağır qəza: Minik və yük avtomobilləri toqquşdular - YENİLƏNİB

Saray-Novxanı yolunda ağır qəza: Minik və yük avtomobilləri toqquşdular - YENİLƏNİB
Hadisə 267

Saray qəsəbəsində minik və yük avtomobilləri toqquşub, ölən var.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, “112” qaynar telefon xəttinə Abşeron rayonunun Saray qəsəbəsində yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Mercedes” markalı minik avtomobili və “İveco” markalı yük avtomobili toqquşub, 1 nəfər minik avtomobilində sıxılmış vəziyyətdə qalıb.

Həyata keçirilən tədbirlər nəticəsində 1 nəfərin meyiti nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

***18:11

Saray-Novxanı yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

BAKU.WS “oxu.az”a istinadən xəbər verir ki, “Mercedes-Benz” markalı minik avtomobili “KamAZ” markalı yük maşını ilə toqquşub. Hadisə nəticəsində minik avtomobilinə ciddi ziyan dəyib.

Ölən və yaralananlar barədə məlumat yoxdur.

Son xəbərlər