FHN 2 nəfərin öldüyü qəza ilə bağlı məlumat yaydı - FOTO - YENİLƏNİB

Fövqəladə Hallar Nazirliyi (FHN) Samux rayonu ərazisində iki nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsinə dair məlumat yayıb.
BAKU.WS FHN-in saytına istinadla xəbər verir ki, nazirliyin 112 - qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Samux rayonunun Çobanabdallı kəndində “Mercedes” markalı minik avtomobili və “NEW Holland TC-5050” markalı kombayn toqquşub.
Gəncə Regional Mərkəzinin hadisə yerinə cəlb olunan xilasetmə qüvvələri minik avtomobilində sıxılmış vəziyyətdə qalan 1998-ci il təvəllüdlü Çağırqanov Elnur Vahid oğlunun və 1996-cı il təvəllüdlü Süleymanzadə Ləman Nazim qızının meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
***11:30
Samuxda iki nəfərin ölümü ilə nəticələnən ağır qəza baş verib.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, “Mercedec” minik avtomobili ilə kombayn toqquşub.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Qalereya
Oxşar xəbərlər
Azərbaycanda dəhşətli qəzada həyatını itirən gənclər - FOTO
Ötən gün Samux rayonu ərazisində iki nəfərin ölümü ilə nəticələnən dəhşətli yol-nəqliyyat hadisəsi qeydə alınıb. BAKU.WS xəbər verir ki, Samux rayonunun Çobana...
