Fərrux yüksəkliklərində keçirilən antiterror əməliyyatından dörd il ötür
Bu gün Azərbaycan Ordusunun Fərrux yüksəkliyində keçirdiyi antiterror əməliyyatından dörd il ötür.
BAKU.WS xəbər verir ki, Fərrux əməliyyatı Xocalı rayonunun Fərrux kəndi, Fərrux dağı, "Daşbaşı" yüksəkliyi və "Sağsağan" dağ silsiləsinin azad olunması üçün Azərbaycan tərəfindən aparılmış hərbi əməliyyatdır.
2022-ci ilin 24 mart tarixində başlayan hərbi əməliyyatlar 4 gün davam edərək elə həmin il 28 mart tarixində Azərbaycanın qələbəsi ilə yekunlaşıb.
Əməliyyat nəticəsində Azərbaycan Ordusu ilk növbədə Xaçınçayın mənsəbini və ən böyük şirin su anbarını işğaldan azad etdi. Bununla da Ağdam rayonunun bir çox ətraf yaşayış məntəqələrini və geniş əkin sahələrini təmin etməyə qadir Xaçınçay su anbarını mühafizə altına aldı.
Bundan başqa Fərrux kəndi işğaldan azad edildi, Fərrux dağı ətrafındakı mühüm yüksəkliklər tutuldu, bununla Fərrux dağının ətəyindəki geniş vadini erməni terrorçularından azad edərək, Cinli, Çullu, Əlimədətli, Mollalar və Əliağalı kəndlərinin təhlükəsizliyini təmin edildi.
Əməliyyatdan sonra Ağdam şəhəri və rayonun 9 kəndi Dağlıq Qarabağ ərazisində yerləşən erməni silahlı dəstələrinin vizual nəzarətindən çıxıb, Xankəndi-Ağdərə avtomobil yoluna Azərbaycan Silahlı Qüvvələrinin vizual nəzarəti təmin edilmişdir.
Oxşar xəbərlər
Şəmkirdə borc üstündə dava: Ana və oğlu döyüldü
Şəmkir rayonunun Könüllü kəndində dava nəticəsində iki nəfər xəsarət alıb. BAKU.WS report-a istinadən xəbər verir ki, 1970-ci il təvəllüdlü Şəlalə Əhmədova və o...