Facebook-un canlı yayımında intihara cəhd edən yazıçı: "Peşimanam"

08
iyl
2018
11:50
Facebook-da canlı yayımda intihara cəhd edən yazıçı Cəlil Cavanşir etdiyi əməldən yazıb. BAKU.WS-in məlumatına görə, yazıçı ötən gün baş verənlər barasində fikirlərini bölüşüb: "Əziz dostlar!Dünən atdığım addımla bağlı uzun-uzadı izahata ehtiyac duymuram. Haqqımda yazılan bütün fikirləri oxumaq imkanım olmadı, amma xeylisini oxudum. Kim nə istəyir düşünsün, kim necə istəyir yozsun. Zərrə qədər narahat deyiləm, heç kəsdən incimirəm, heç kəsi qınamıram. Nə qədər çətin olsa da, yaşamağa davam etməyə məcburam.Dünən mənim üçün narahat olan, yanımda olan, dəstək olan bütün dostlara təşəkkür edirəm. Mən sizin sevginizdən, qayğıkeşliyinizdən utandım, mütəəssir oldum. Sizləri incitdiyim, narahat etdiyim üçün peşimanam.Sevgiylə qalın!"AbbasBAKU.WS
Oxşar xəbərlər
Facebook-da canlı yayımda intihara cəhd edən yazardan XƏBƏR VAR
"Hər şey qaydasındadır, çox şükür. Cəlil çox qan itirməyib. Vəziyyəti yaxşıdır". Bu barədə Lent.az-a yazar Cəlil Cavanşirin qardaşı Seymur bildirib. Onun sözlər...