Şeyxin tutulma anı - VİDEO

Şeyxin tutulma anı - VİDEO
Video
Hadisə 1730
 

Ötən gün Rusiya paytaxtında saxlanılan Moskva məscidinin imamı Mahmud Velitovun tutulma anını əks etdirən videogörüntü yayılıb.

BAKU.WS-in məlumatına görə, "Yardam" məscidinin imamı sənədlərin yoxlaması üçün yol polisi əməkdaşları tərəfindən saxlanılıb. Maşınında aparılan axtarış zamanı Rusiyada qadağan olunan dini ədəbiyyat tapılıb. Moskva məscidinin imamı terror fəaliyyətində şübhəli bilinərək polisə aparılıb. Mahmud Velitov Rusiya Federasiyasının Cinayət Məcəlləsinin 205.2-ci maddəsi (terror fəaliyyətinin həyata keçirilməsi üçün ictimai çağırışlar və ya terrorizmə ictimai şəkildə haqq qazandırma) ilə ittiham edilir. Araşdırmalar davam edir.

Vəkil Daqir Həsənov bildirib ki, Şeyx Mahmudun cəzası sübuta yetirələcəyi təqdirdə, onu beş ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.

BAKU.WS

Son xəbərlər