Evin tək oğlunu cərəyan vurub öldürdü
07
okt
2024
11:00
Sumqayıtda 23 yaşlı gənci elektrik cərəyanı vuraraq öldürüb.
BAKU.WS Den.az-a istinadən xəbər verir ki, Kimyaçılar qəsəbəsində 2001-ci il təvəllüdlü Əliyev Məhəmməd Rizvan oğlunu "tok" vurub. Gənci xəstəxanaya aparsalar da, o dünyasını dəyişib.
Bildirilib ki, hadisə Kimyaçılar qəsəbəsində, keçmiş "Alüminum zavod" ərazisində qeydə alınıb. Orada metal qırıntıları yığarkən onu elektrik cərəyanı vuraraq öldürüb.
M. Əliyev evin tək oğlu və Vətən müharibəsi iştirakçısı imiş.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Ramil Usubovun kürəkəni vəfat edib
Azərbaycanın sabiq daxili işlər naziri, Təhlükəsizlik Şurasının katibi general-polkovnik Ramil Usubova ağır itki üz verib. BAKU.WS Gununsesi.info-ya istinadən x...