Evə basqın edərək ər-arvadı öldürməkdə şübhəli bilinən daha bir nəfər saxlanılıb

Evə basqın edərək ər-arvadı öldürməkdə şübhəli bilinən daha bir nəfər saxlanılıb
Hadisə 233

Şabranda evə basqın edərək ər-arvadı öldürməkdə şübhəli bilinən daha bir nəfər saxlanılıb.

BAKU.WS xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən digər şəxs - əvvəllər məhkum olunmuş 1978-ci il təvəllüdlü Murad Məmmədov da tutulub.

Qeyd edək ki, Şabran rayonunda fərdi yaşayış evlərindən birində Gülnarə Şıxkərəm qızı Hüseynovanın kəsici alətlə yetirilən xəsarətlərdən ölməsi, həyat yoldaşı Arif Qaspar oğlu Hüseynovun xəsarət alması ilə bağlı polisə məlumat daxil olub.

Son xəbərlər