Evə basqın edən maskalı şəxslər saxlanılıb
Yeniliklərdən dərhal xəbərdar olun
Astaranın Təngərüd kəndində yaşayan S.Abdullayevin evinə silahlı basqın edilib.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən BAKU.WS-ə verilən məlumata görə, sentyabrın 17-də saat 3 radələrində evə daxil olan girən 3 maskalı şəxsin onun atası, oğlu və həyat yoldaşına bıçaqla xəsarətlər yetirməsi barədə Astara Rayon Polis Şöbəsinə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş E.Əzizov və Astara rayon sakini, əvvəllər məhkum olunmuş F.Əliyev saxlanılıblar.
Şəxsi axtarış zamanı E.Əzizovdan 1 ədəd bıçaq aşkar edilərək götürülüb.
Oxşar xəbərlər
Arvadını kənddə qonşu kişi ilə tutdu və ... - Azərbaycanda AĞLASIĞMAZ HADİSƏ
Qətl hadisəsi törətməkdə təqsirli bilinən Ağcabədi rayon sakini, 1971-ci il təvəllüdlü Musa Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.BAKU.WS “publik...