Evdən qaçdığı üçün öldürülən Aybəniz bibisi oğlu ilə evli imiş - YENİLƏNİB - TƏFƏRRÜAT

Evdən qaçdığı üçün öldürülən Aybəniz bibisi oğlu ilə evli imiş - YENİLƏNİB - TƏFƏRRÜAT
Hadisə 617

Bu gün Abşeron rayonu ərazisində Ağsu rayon Pirhəsənli kənd sakini, 1965-ci il təvəllüdlü Nazim Əliyevin qızı, 33 yaşlı Aybəniz Abdullayevanı qətlə yetirməsi hadisəsinin bəzi təfərrüatları məlum olub.

BAKU.WS Qafqazinfo-ya istinadla xəbər verir ki, sentyabrın 1-də yaşadığı kənddən qaçan A.Abdullayeva atasının bacısı oğlu (bibisi oğlu) ilə evli imiş və onların bir övladı var.

Bildirilir ki, A.Abdullayevanın həyat yoldaşı Bakıda işləyir və vaxtaşırı rayona ailəsinin yanına gedirmiş. A.Abdullayeva isə həyat yoldaşının evdə olmadığı vaxt yaşadığı kəndi tərk edərək tanışının yanına qaçıb.

Bundan sonra Nazim Əliyev qızının axtarışına çıxıb və onu Abşeron rayonu ərazisində taparaq qətlə yetirib. Hadisədən sonra N.Əliyev taksi ilə Ağsu rayonuna qayıdıb və orada polisə təslim olub.

Qeyd edək ki, N.Əliyev əvvəllər Rusiyada yaşayıb və orada cinayət törətdiyinə görə məhkum olunub.

***17:04

Sentyabrın 7-si saat 09 radələrində Bakı-Sumqayıt avtomobil yolunun kənarında Ağsu Rayon Polis Şöbəsinə sentyabrın 2-də itkin düşməsi ilə bağlı müraciət olunub, Ağsu rayon sakini, 1989-cu il təvəllüdlü Aybəniz Abdullayevanın üzərində xəsarət izləri olan meyitinin aşkar olunması barədə Abşeron Rayon Prokurorluğuna məlumat daxil olub.

Bu barədə BAKU.WS-ə rayon prokurorluğundan məlumat verilib.

Aparılmış araşdırmalarla zərərçəkmişin atası, 1965-ci il təvəllüdlü Nazim Əliyevin şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı bıçaqla xəsarətlər yetirərək Aybəniz Abdullayevanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Nazim Əliyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

İş üzrə istintaq davam edir.

***16:37

Abşeronda dəhşətli qətl hadisəsinin bəzi təfərrüatları məlum olub.

BAKU.WS xəbər verir ki, əslən Ağsunun Pirhəsənli kəndindən olan ata evdən gedən qızını taparaq öldürüb. Ata qətli törətdikdən sonra polisə təslim olub.

***16.32

Abşeronda dəhşətli qətl hadisəsi olub.

BAKU.WS Lent.az-a istinadla xəbər verir ki, hadisə bu gün səhər saatlarında baş verib. Ağsu rayon sakini 33 yaşlı Aybəniz Abdullayevanı atası Nazim Əliyev qətlə yetirib.

Hazırda faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, A. Abdullayeva sentyabrın 2-də Ağsuda yaşadığı evdən çıxaraq itkin düşüb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər