Ermənistanda rusiyalı hərbçinin meyiti tapılıb
14
iyl
2017
21:43
Ermənistanın Sünik vilayətində Rusiya Federal Təhlükəsizliyi Xidmətinin Sərhəd İdarəsinin hərbçisi mənzildə ölü tapılıb.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, ilkin olaraq ölümə infarkt səbəb olub.
Sərhəd zastavasının rəisi vəzifəsində xidmət çəkən hərbçinin meyitinin aşkarlanması ilə bağlı məlumat iyulun 13-də daxil olub. Hadisə yerinə operativ-istintaq qrupu göndərilib. Meyitə baxış zamanı onun üzərində hər hansı zorakılıq əlamətləri aşkar edilməyib.
İnsidentlə əlaqədar məhkəmə-tibbi ekspertizası təyin olunub.
BAKU.WS
Oxşar xəbərlər
Bloger Mehman Qələndərovun intiharına görə şöbə rəisi işdən çıxarıldı
Ədliyyə Nazirliyi və Baş Prokurorluq Mehman Qələndərovun Bakı İstintaq Təcridxanasında intiharı ilə bağlı rəsmi məlumat yayıb. BAKU.WS-ə daxil olan məlumatda b...