Ermənilərin yeni RLS-i (FOTO)
İrəvan Elmi-tədqiqat Rabitə Vasitələri İstitutu 3 müxtəlif radiolakasiya stansiyasi hazırlayıb.
BAKU.WS xəbər verir ki, "AzeriDefence” "VPK Armenia” saytına istinadən verdiyi məlumata görə, yeni qurğuların müəllifi institutun direktoru, texnika elmləri doktoru M. Markosyandır.
Stansiya barədə məlumat verən M. Markosyan bildirib ki, MŞR-200 radar sistemi yerli məhsuldur və analoqlarından daha geniş diapozonda müşahidə apara bilir.
Onun sözlərinə görə, müəyyən ərazidə fəaliyyət göstərən radar düşmən qurğuların işləməsinə də maneə yaradır.
Mütəxəssis bildirib ki, qurğunun açılıb, quraşdırılması 20 dəqiqə çəkir. Stansiya yük maşının şasisində və yarımqoşqu şəklində istehsal olunub.
Stansiya dessimetr və santimetr diapozonunda işləyir.
Azad Əliyev
BAKU.WS
Oxşar xəbərlər
Aeroportdan şəhərə yeni avtobuslar fəaliyyətə başladı
Heydər Əliyev Beynəlxalq Hava Limanından şəhərin mərkəzi istiqamətində "Bakubus” MMC-yə məxsus avtobuslar ekspress xətt üzrə fəaliyyətə başlayıb. "Azərbaycan H...