Ermənilərin son döyüşdə Azərbaycana vurduğu ziyan açıqlanıb (FOTO)

Ermənilərin son döyüşdə Azərbaycana vurduğu ziyan açıqlanıb (FOTO)
Hadisə 1078

 

Azərbaycan Respublikasının aidiyyəti dövlət qurumlarından və vətəndaşlardan Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasına daxil olan çoxsaylı məlumatlara əsasən, cari ilin aprel ayının 26-dan etibarən Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində, xüsusən cəbhənin Tərtər rayonu istiqamətində mülki obyektlər, əsasən də yaşayış binaları Ermənistan ordusu tərəfindən hədəfə alınıb.

BAKU.WS məlumat verir ki, bu haqda komissiyadan ANS PRESS-ə məlumat verilib. Məlumatda bildirilir ki, iri çaplı silahlardan və ağır artilleriya qurğularından açılan atəş nəticəsində Tərtər şəhərində 4 fərdi yaşayış evi, bir inzibati bina, Tərtər rayonu Qaraağacı kəndində 16 fərdi yaşayış evi, kənd qəbiristanlığında 20-dən çox məzar dağıdılmış, o cümlədən şəxsi təsərrüfatlara, rayonun elektrik və qaz təsərrüfatına ciddi ziyan dəyib. Bu hallar hazırda da davam edir. 

Qeyd olunanları nəzərə alaraq Dövlət Komissiyası bu addımların beynəlxalq humanitar hüquq normalarına, müharibə qaydalarına zidd olduğunu, adi insani dəyərlərə hörmətsizlik kimi qiymətləndirdiyini Beynəlxalq Qızıl Xaç Komitəsinin diqqətinə çatdırıb və qarşı tərəfi bu əməllərdən çəkindirməyə çağırıb.

BAKU.WS

Ermənilərin son döyüşdə Azərbaycana vurduğu ziyan açıqlanıb (FOTO)

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Ermənilər qəbirstanlığı atəşə tutdular

Ermənilər qəbirstanlığı atəşə tutdular

Son günlər Ermənistan hərbi birləşmələrinin Azərbaycanın cəbhəyanı kəndlərini iriçaplı artilleriya silahlarından atəşə tutması nəticəsində kəndlərə ciddi ziyan...

1898 Siyasət 16:19 27 aprel 2016

Son xəbərlər