Ermənilərin atdığı güllələrdən biri qoyun-quzu otaran qıza dəyib - QAZAXDA

16
iyn
2018
11:17
Qazax rayonunda gənc qadın ermənilərin açdığı atəş nəticəsində yaralanıb.APA TV-nin yerli bürosunun xəbərinə görə, rayonun Quşçu Ayrım kənd sakini, 1990-cı il təvəllüdlü Ağamalıyeva Güləna Aqif qızı ayağının topuq nahiyəsindən aldığı güllə yarası ilə xəstəxanaya çatdırılıb.Ailə üzvləri onun erməni silahlılarının açdığı atəş nəticəsində yaralandığını bildirib. Onların sözlərinə görə, G.Ağamalıyeva təmas xəttinə yaxın ərazidə quzu otararkən ermənilər atəş açıb. Nəticədə 28 yaşlı qız xəsarət alıb.BAKU.WS
Oxşar xəbərlər
Ermənistandan təxribat - Ağcabədi sakini yaralandı
Aprelin 18-də Ağcabədi rayonunun Yuxarı Qiyaməddinli kənd sakini, 1991-ci il 15 mart təvəllüdlü Hacıyev Rahim Azər oğlu əkin sahəsində olarkən Ermənistan ordusu...
