Ermənistan silahlı qüvvələrinə məxsus növbəti kvadrokopter ələ keçirilib - FOTO

Ermənistan silahlı qüvvələrinə məxsus növbəti kvadrokopter ələ keçirilib - FOTO
Foto
Hadisə 6

Avqustun 7-si saat 13:30 radələrində Ermənistan silahlı qüvvələrinə məxsus "DJI Mavic 3" kvadrokopteri Azərbaycan Ordusunun Basarkeçər rayonunun Zod istiqaməti ilə üzbəüz istiqamətdə yerləşən mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərib.

Bu barədə BAKU.WS-ə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, bölmələrimizin sayıqlığı nəticəsində kvadrokopter aşkar edilərək xüsusi texniki vasitələrlə endirilib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər