Erməni silahlılarının Xocalı və Ağdamda uçuşlar etməyə cəhd edən kvadrokopteri ələ keçirilib - FOTO

Erməni silahlılarının Xocalı və Ağdamda uçuşlar etməyə cəhd edən kvadrokopteri ələ keçirilib - FOTO
Foto
Hadisə 96

Qeyri-qanuni erməni silahlı dəstələrinə məxsus kvadrokopter ələ keçirilib.

Bu barədə BAKU.WS-ə Müdafiə Nazirliyindən məlumat verilib.

Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinə məxsus kvadrokopter noyabrın 26-sı saat 11:28-də Xocalı rayonunun Şuşakənd yaşayış məntəqəsi, 11:46-da isə Ağdam rayonunun Yeddi Xırman yüksəkliyi ətrafında bölmələrimizin mövqeləri üzərində kəşfiyyat məqsədli uçuşlar həyata keçirməyə cəhd göstərib.

Bölmələrimizin sayıqlığı nəticəsində aşkar edilən kvadrokopter xüsusi üsulla endirilərək ələ keçirilib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər