Erməni nazir kafedə jurnalisti döydü - ANBAAN VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Ermənistanın yüksək texnologiyalar sənayesi naziri Akop Arşakyan İrəvandakı kafelərdən birində jurnalist Paylak Faxradyana hücum çəkərək onu döyüb.
BAKU.WS Milli.Az-a istinadən bildirir ki, faktla bağlı olaraq Ermənistanın Baş Prokurorluğu Xüsusi İstintaq Xidmətinə məlumat yollayıb.
P.Faxradyan Facebook profilində canlı yayıma çıxaraq nazir Akop Arşakyanın kafedə ona hücum etdiyini deyib. Jurnalist nazirə yaxınlaşaraq iş vaxtını niyə kafedə keçirdiyini soruşub.
Arşakyan əvvəlcə "məndə 24 saat iş günüdür, gecələr də işləyirəm" söyləyib, sonra jurnalistdən kameranı söndürməyi xahiş edib, sonda hədələməyə başlayıb.
P.Faxradyan kafenin ikinci mərtəbəsinə qalxıb, masa arxasında oturaraq noutbukda işləməyə başlayıb.
Akop Arşakyan ona yaxınlaşıb, əvvəlcə jurnalistin üzünə zərbə endirib, sonra noutbuku sındırıb.
Oxşar xəbərlər
İlham Əliyev BBC telekanalına müsahibə verib - VİDEO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Böyük Britaniyanın BBC telekanalına müsahibə verib. BAKU.WS AZƏRTAC-a istinadən müsahibəni təqdim edir. - Pre...