Ərinin qətlə yetirdiyi qadın məmur imiş... - YENİLƏNİB
Yeniliklərdən dərhal xəbərdar olun
Qətlə yetirilən 42 yaşlı Gülnarə Məmmədova Tərtər Rayon İcra Hakimiyyətində çalışırmış.
“Qafqazinfo”nun məlumatına görə, o, RİH-in Sosial-İqtisadi İnkişafın Təhlili və Proqnozlaşdırılması Şöbəsinin Baş məsləhətçisi olub.
Namiq Allahverdiyevin cütlüyün evində usta işlədiyi bildirilir.
***
Fevralın 19-u saat 09:40 radələrində Tərtər rayon sakinləri 1981-ci il təvəllüdlü Gülnar Məmmədovanın və 1991-ci il təvəllüdlü Namiq Allahverdiyevin ölməsinə dair məlumat daxil olub.
Bu barədə BAKU.WS-ə Baş Prokurorluqdan məlumat verilib.
Tərtər rayon prokurorluğu və rayon polis şəbəsinin əməkdaşları tərəfindən keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində Namiq Allahverdiyevin odlu silahla, Gülnar Məmmədovanın isə kəsici-deşici alətlə sonuncunun əri 1979-cu il təvəllüdlü Asəf Məmmədov tərəfindən öldürülməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
İbtidai istintaq davam etdirilir.
Oxşar xəbərlər
“Zəng etdi ki, bacını öldürmüşəm, gəl meyiti götür” - FOTO
Bu ilin fevralında Bakının Qaradağ rayonu ərazisində yerləşən evində öldürülən Qənəət Fərmanovanın qətlində təqsirləndirilən Asəf Cəfərzadənin məhkəmə prosesi b...