Azərbaycanlı "qanuni oğru"ların ən səs-küylü qətlləri - VİDEO
Azərbaycanlı "qanuni oğru", kriminal aləmdə Albert Rıjiy və Albert Gəncəli kimi tanınan Əli Heydərovun Rusiyada qətlə yetirilməsindən sonra növbəti dəfə diqqət kriminal aləmə yönəlib. Bununla da daha bir kriminal aləm üzvü yaşa dolmadan, sui-qəsd nəticəsində həyatla vidalaşıb.
BAKU.WS xəbər verir ki, 40 yaşlı Albert Rıjiy sui-qəsd nəticəsində öldürülən ilk "qanuni oğru" deyil. Böyük ehtimalla, bu, sonuncu da olmayacaq.
Qeyd edək ki, ayrı-ayrı zamanlarda və müxtəlif ölkələrdə bir çox kriminal avtoritet silahlı hücum zamanı qətlə yetirilib. Onların arasında azərbaycanlı olan nüfuzlu "qanuni oğru"lar da az deyil.
Dünən idman zalında qətlə yetirilən Əli Heydərov 1981-ci il fevral ayının 2-də Gəncədə anadan olmuşdu. O, 1996-cı ildə Azərbaycandan Rusiyaya köçmüş və müxtəlif illərdə həbs həyatı yaşadıqdan sonra "Ded Xasan” klanı tərəfindən 2002-ci ildə "qanuni oğru” adına layiq görülmüşdü.
Oxşar xəbərlər
“Lotu Quli”nin qardaşı hücuma keçdi: Kriminal dünyada böyük savaş başlayır
Türkiyədə qətlə yetirilən azərbaycanlı “qanuni oğru” Nadir Səlifovun (Lotu Quli) qardaşı, 2013-cü ildə kriminal iyerarxiyanın ali tituluna layiq görülən və hazı...