Əməkdar jurnalist vəfat etdi
Azərbaycan Yazıçılar Birliyinin üzvü, nasir, şair, publisist, dramaturq Qərib Mehdi 90 yaşında vəfat edib.
BAKU.WS xəbər verir ki, bu barədə şairin qələm dostları sosial şəbəkədə bildirib.
Qeyd edək ki, bir gün əvvəl şair səhhətində yaranan problemlərlə əlaqədar xəstəxanaya yerləşdirilmişdi.
Qərib Mehdiyev (Mehdi) 1936-cı il Qəbələ rayonunun Mirzəbəyli kəndində anadan olub. Kiçik yaşlarında ailəliklə Gəncə şəhərinə köçüblər. Yaradıcılığa 1958-ci ildən "Ədəbiyyat və incəsənət" qəzetində dərc etdirdiyi "İşığın qəzəbi" satirik hekayəsi ilə başlayıb. İlk hekayələrini Qərib, Qərib Mehdi təxəllüsləri ilə çapa verib. Ədibin 1989-cu ildə "Oxşarlar" pyesi Gəncə Dövlət Dram Teatrında tamaşaya qoyulub. Mehdiyevin əsərləri xarici ölkə xalqların dillərində nəşr olunub. O, 1979-cu ildən Gəncə şəhəri Alimlər Evi nəzdində olan "İlham" ədəbi birliyinə rəhbərlik edirdi.
2009-cu ildə Əməkdar jurnalist fəxri adına layiq görülüb.
Oxşar xəbərlər
Zabratda evdə yıxılan qadın öldü
Paytaxtın Sabunçu rayonunda bədbəxt hadisə baş verib. BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki, dünən saat 16 radələrində Bakı şəhər sakini 1961-ci il təv...