Elinanın intiharı kameraya düşdü - Hadisə ilə bağlı ŞOK FAKTLAR (FOTO)
10
apr
2019
08:46
Bu aksessuarlar 4 gün öncə intihar etmiş 15 yaşlı Elina Hacıyevaya aiddir. Onunla eyni sinifdə oxuyan xalası qızı deyir ki, rəfiqəsindən geriyə yalnız əşyaları qaldı. Bir də intihar etməmişdən öncə yazdığı bu sözlər... BAKU.WS xəbər verir verir ki, Elina Hacıyeva aprelin 4-də oxuduğu 162 saylı məktəbin 3-cü mərtəbəsindən özünü atıb. Hadisədən 2 gün sonra xəstəxanada vəfat edib. Anası Sevil Hüseynova deyir ki, 3 il əvvəl qızı bu məktəbə gəlib. Gələn gündən də yad münasibət görüb. Hər dəfə problem olanda direktora, müəllimə deyib, ancaq onlar qulaqardına vurublar. Ana bildirir ki, qızı ölmək istəmirdi. Xalası qızı məktəbdə Elinaya olan münasibətdən danışır. 8-ci sinif şagirdi deyir ki, Elina bir dəfə də intihara cəhd etmişdi.Nənəsi Solmaz Əsgərova deyir, bir neçə dəfə məktəbə gedib. Amma nəvəsi hər dəfə daha pis rəftar görürdü. Məktəb direktoru Sevinc Abbasova isə mətbuata açıqlamasında ailəni günahlandırır. Təhsil Nazirliyinin sözcüsü Cəsarət Valehov da Meydan TV-yə açıqlamasında bildirdi ki, hadisənin detalları ilə bağlı məktəbdə istintaq qrupu işləyir. Nazirliyin mətbuata verdiyi məlumatda deyilir ki, direktor Sevinc Abbasova araşdırma müddətində işdən kənarlaşdırılıb. Sevil Hüseynova qızının ölümündə həkim səhlənkarlığı da olduğunu deyir. İttihamlarla bağlı Səhiyyə Nazirliyi ilə əlaqə saxladıq. Mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova bildirdi ki, qız “Semoşka” xəstəxanasına gətiriləndə vəziyyəti ağır olub. Həkimlər əllərindən gələni ediblər. Ailənin isə tək istəyi Elinanı intihar həddinə çatdıranların cəzasız qalmamasıdır. BAKU.WS
Oxşar xəbərlər
Məktəb direktoru Elina Hacıyevanın anasına torpaq təklif edib
Bakıda 162 saylı məktəbdə intihar edən 8-ci sinif şagirdi Elina Hacıyevanın anası Sevil Hüseynovaya torpaq təklif olunub.Bu barədə Sevil Hüseynovanın anası BAKU...