Elgiz Qəhrəman cinayət məsuliyyətinə cəlb edildi
Yeniliklərdən dərhal xəbərdar olun
İctimai fəal Elgiz Qəhrəman "Məclis.info" işi üzrə cinayət məsuliyyətinə cəlb edilib.
BAKU.WS qafqazinfo-ya istindən xəbər verir ki, bu barədə o özü bildirib.
E.Qəhrəman Bakı Şəhər Baş Polis İdarəsi tərəfindən aparılan istintaqla təqsirləndirilən şəxs qismində cəlb edilib.
Ona qarşı Cinayət Məcəlləsinin səkkiz - 192.2.2 (qanunsuz sahibkarlıq-küllü miqdarda gəlir əldə etməklə törədildikdə), 192.2.3 (qanunsuz sahibkarlıq-mütəşəkkil dəstə tərəfindən törədildikdə), 193-1.3.1 (Cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma), 193-1.3.2 (Cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma-xeyli miqdarda törədildikdə), 206.4 (qaçaqmalçılıq-mütəşəkkil dəstə tərəfindən törədildikdə), 213.2.1 (vergiləri ödəməkdən yayınma - mütəşəkkil dəstə tərəfindən törədildikdə), 320.1 (sənəd saxtalaşdırma), 320.2 (saxta sənədlərdən istifadə etmə) maddəsi ilə ittiham irəli sürülüb.
E.Qəhrəman həbs edilməyib, onun barəsində istintaq dövrü müddətində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.
Qeyd edək ki, ötən ilin aprelində "Məclis.info" saytının rəhbəri İmran Əliyev həbs edilib.
Oxşar xəbərlər
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll ediləcək
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll ediləcək. BAKU.WS-in qurumdan əldə etdiyi məlumata görə, həmin ünvanda yağış suyu barmaqlığı qısa müddət...