Ələt-Astara magistralında yol nəqliyyat hadisəsi baş verib, xəsarət alanlar var

Ələt-Astara magistralında yol nəqliyyat hadisəsi baş verib, xəsarət alanlar var
Hadisə 87

Cəlilabadda baş verən qəzada şəhidin xanımı xəsarət alıb.

BAKU.WS apa-ya istinadən xəbər verir ki, hadisə yeni Ələt-Astara magistralının 99-cu kilometrliyində Cəlilabad rayonu ərazisində baş verib.

Gülnar Abdullayevaya məxsus 77 RY052 nömrəli "Hunday-Sonata" markalı avtomobil hərəkətdə olarkən, ötmə əməliyyatı aparan digər nəqliyyat vasitəsi tərəfindən vurulub. Vurulan avtomobil yol qoruyucularına çırpılıb.

Qəza vəziyyəti yaradan nəqliyyat vasitəsi isə hadisə yerindən uzaqlaşıb.

Qeyd edək ki, xanım sürücü şəhid Rəşad Abdullayevin həyat yoldaşıdır. Hadisə zamanı maşında onun 3 uşağı və qadın qohumu olub. Onlar yüngül xəsarətlər alıblar və hadisə yerinə gələn təcili yardım bölməsi tərəfindən ilkin yardım göstərilib.

Hadisə ilə bağlı araşdırma aparır.

Ələt-Astara magistralında yol nəqliyyat hadisəsi baş verib, xəsarət alanlar var

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Sədərək-Binə yolunda lampa daşıyan yük maşını kül oldu

Sədərək-Binə yolunda lampa daşıyan yük maşını kül oldu

Sədərək-Binə yolunda lampa daşıyan yük maşınında yanğın baş verib. BAKU.WS-in "qaynar xətti"nə daxil olan məlumata görə, hadisə zamanı yük maşınında olan lampal...

66 Hadisə 00:02 12 avqust 2026

Son xəbərlər