Elektrik dirəyinə çırpılan “OPEL” yanaraq kül oldu – VİDEO

Elektrik dirəyinə çırpılan “OPEL” yanaraq kül oldu – VİDEO
Video
Hadisə 802
Qaraməryəm – Şəki magistralının Oğuz rayonunun Bucaq kəndindən keçən hissəsində qəza qeydə alınıb. ARB TV xəbər verir ki, Şəki rayon sakini 63 yaşlı Vaqif Cabbarov “OPEL” Astra markalı avtomobillə hərəkətdə olarkən qəfil idarəetməni itirib və maşın yolun kənarındakı elektrik dirəyinə çırpılıb.Qəza nəticəsində avtomobil beton dirəyin altında qalıb və alışıb. Sürücü xilas olsa da avtomobil yanaraq tamamilə yararsız hala düşüb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Oğuz rayon şöbəsinin yanğınsöndürənləri cəlb olunub.Yanğının ətrafdakı meşə zolağına keçməsinin qarşısı alınıb.BAKU.WS
Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər