Eldar Mahmudovun qızı məhkəmə qarşısında
26
mar
2018
14:10
Keçmiş MTN naziri Eldar Mahmudovun qızı Nərgiz Mahmudova və digər 2 nəfər tikinti şirkəti tərəfindən məhkəməyə verilib.“Ölkə.Az”ın məlumatına görə, tikinti şirkəti olan “Eyfel” MMC Nigar Mahmudova barədə Yasamal rayon məhkəməsinə şikayət verib. İddiaçı qismində tanınan tikinti şirkəti iddiasında göstərib ki, Mahmudova Nərgiz Eldar qızı, Q.Şahqasımov və T.Əzimova ilə bağlanmış müqavilələr etibarsız hesab edilsin. Həmçinin mülkiyyət hüququnun tanınması tələbi barədə qarşılıqlı iddiada verib. Bununla yanaşı “Eyfel” MMC hər 3 şəxsə qarşı işgüzar nüfuzu ləkələyən məlumatların təkzib edilməsi və sair tələbi barədə qarşılıqlı iddia tələbi də irəli sürüb. Ancaq Yasamal rayon məhkəməsi tikinti şirkətinin heç bir iddiasını təmin etməyib. Bundan sonra “Eyfel” MMC Bakı Apellyasiya Məhkəməsinə müraciət edib. Mart ayının 30-da hakim Məmməd Məmmədovun sədrliyi ilə tikinti şirkətinin apellyasiya şikayətinə baxılacaq.Qeyd edək ki, “Eyfel” MMC-nin rəhbəri Yavər Qurbanov, şirkəti vaxtilə “MTN işi”nə görə axtarışda olan “Akula Akif“ ləqəbli Akif Mustafayevlə birgə təsis edib. Belə ki, Eldar Mahmudovun ölkədə “at oynatdığı” dönəmdə Yavər Qurbanov MTN-nin dəstəyi altında bir sıra qanunsuzluqlara imza atıb. O, törətdiyi dələduzluq əməlinə görə 10 ildən artıq azadlıqdan məhrumetmə cəzasına məhkum olunmalı halda MTN-nin dəstəyi ilə cəmi 8 aylıq cəza ilə canını qutara bilib.BAKU.WS
Oxşar xəbərlər
Yaqub Zurufçu Vergilər Nazirliyini məhkəməyə verib
Tanınmış müğənni Yaqub Zurufçu Vergilər Nazirliyi (VN) yanında Bakı şəhər Lokal Gəlirlər Departamentini məhkəməyə verib."Report"un xəbərinə görə, 2 saylı Bakı İ...