Eldar Mahmudovun əmisi oğlunun həbs müddəti uzadılıb

Eldar Mahmudovun əmisi oğlunun həbs müddəti uzadılıb
Hadisə 1122
Bakı Hərbi Məhkəməsində sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun əmisi oğlu Vüqar Mahmudovun barəsində olan həbs qətimkan tədbiri uzadılıb.BAKU.WS APA-ya istinadən xəbər verir ki, prosesdə istintaq orqanının təqdimatı üzrə qərar elan edilib. Qərara əsasən, Vüqar Mahmudovun barəsində seçilmiş həbs qətimkan tədbiri daha 3 ay müddətinə uzadılıb.Qeyd edək ki, Vüqar Mahmudov ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi Antiterror Mərkəzinin şöbə rəisinin müavini vəzifəsində işləmiş və faktiki olaraq nazirin köməkçisi funksiyasını həyata keçirib.Vüqar Mahmudova Cinayət Məcəlləsinin 179.3.1-ci (mütəşəkkil dəstə tərəfindən mənimsəmə və ya israf etmə), 179.3.2-ci (külli miqdarda mənimsəmə və israf etmə), 182.3.1-ci (külli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu yolu ilə tələb etmə), 182.3.2-ci (külli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu yolu ilə tələb etmə), 302.2-ci (eyni əməllər gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə edilməklə törədildikdə), 341.2.1-ci (bir qrup şəxs tərəfindən, ağır nəticələrə səbəb olmaqla hakimiyyətdən sui-istifadə etmə) maddələri ilə ittiham elan olunub.BAKU.WS

Son xəbərlər