"El-Nino" təbii fəlakəti Azərbaycanı da vura bilər

El-Nino təbii fəlakəti Azərbaycanı da vura bilər
Hadisə 1802

Ümumdünya Meteorologiya Təşkilatı (ÜMT) mart ayında başlayan "El-Nino" təbiət hadisəsinin 2015-ci ilin sonuna doğru təsirini getdikcə artıracağını açıqlayıb.

BAKU.WS-in məlumatına görə, bu təbiət hadisəsi son 50 ilin ən güclülərindən biri olacaq. Təşkilatdan bildirilir ki, bu qlobal okean və atmosfer hadisəsi hazırda Sakit okeanda mövcuddur. Sakit Okeanında dəniz səthi istiliyinin artacağını proqnozlaşdıran təşkilat bədbin açıqlamaları ilə Dünya əhalisini həyəcanlandırıb. 

"El-Nino" təbiət hadisəsi yaratdığı isidici təsir səbəbiylə qasırğalara, şiddətli yağışlara, daşqınlara, quraqlığa, yanğınlara və kənd təsərrüfatı məhsullarının məhv olmasına səbəb olur. Bununla yanaşı, axın epidemiya xəstəliklərinin artımına gətirib çıxarır və nəticədə çox sayda adamın ölümünə səbəb olur.

Qeyd edək ki, Xəzər dəniznin səviyyəsi ilə "El-Nino" hadisəsi arasında asılılıq mövcuddur. Sakit okeanda yaranan "El-Nino" sualtı kanallarla Xəzərə, sonra Şimala – Buzlu okeana gedir, daha sonra isə onun tsikli (4-7 il müddətinə) başa çatır. Yəni, bu təbiət hadisəsinin təsirini artırması Azərbaycan üçün də təhlükə anlamına gəlir.

"El-Nino" ispan dilində "körpə” mənasını verir, ayrı-ayrı illərdə Sakit okeanın şərq hissəsində baş verən və ekvatordan cənuba Ekvator, Peru, Çili, boyunca Avstraliyaya qədər gedən isti axın deməkdir. "El-Nino"nun baş vermə mexanizmi hələ dəqiq öyrənilməyib. Artıq 100 ildir ki, alimlər müntəzəm və sistematik müşahidələr aparır. 1982-83 –cü illərdəki güclü El-Ninonun təbiətini başa düşmək və fəlakətləri qabaqcadan söyləməyi öyrənmək üçün alimlər araşdırmalar aparır.

Hələlik "El-Nino" planet miqyasında qlobal iqlim dəyişikliyi və təbii fəlakətləri yaradan sirli və dəhşətli hal kimi qalmaqda davam edir. "El-Nino"nun təsiri ancaq Amerika qitəsinə deyil, həm də Afrika, Avstraliya, Asiya və Avropayadır. Buna görə də inkişaf etmiş Avropa ölkələri – Fransa, İngiltərə, Almaniya və həm də Rusiya El-Nino fenomeninin müntəzəm tədqiqatlarına maraqlıdır.

ŞAHİN Həbibov

BAKU.WS 

Oxşar xəbərlər

Bakıda təhlükəsizlik kamerasına düşən qəddar oğurluq hadisəsi (VİDEO)

Bakıda təhlükəsizlik kamerasına düşən qəddar oğurluq hadisəsi (VİDEO)

Bakının Binəqədi rayonu ərazisində mağazalardan birinə basqın hadisəsi təhlükəsizlik kameralarının yaddaşına düşüb. BAKU.WS-in məlumatına görə, iki nəfər mağa...

3374 Hadisə 10:46 31 avqust 2015

Son xəbərlər